Hündürlükdən yıxılan 91 yaşlı qadın öldü

03.12.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Sumqayıt şəhərində hündürlükdən yıxılan 91 yaşlı qadın ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

Yaşadığı binanın 9-cu mərtəbəsindən yerə yıxılan 1933-cü il təvəllüdlü Tamella Hüseyn qızı Mehdizadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью