Hündürmərtəbəli binadan yıxlan 14 yaşlı qız sağ qalıb VİDEO

11.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Hündürmərtəbəli binadan yıxlan yeniyetmə sağ qalıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Adana şəhərində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.

Belə ki, 14 yaşlı qız uşağı yaşayış binasının 12-ci mərtəbəsindən hələlik məlum olmayan səbəbdən yıxılıb. Yüksəklikdən düşən yeniyetmə əvvəlcə binanın girişindəki çardağa çırpılıb, daha sonra isə beton zəminə düşüb.  Ətrafdakı sakinlərin dərhal xəbər verməsi ilə hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yeniyetmə qıza həkimlər tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib və daha sonra Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində çoxsaylı sınıqlar aşkar olunub. Xəstəxanadan qızın həyati təhlükəsinin olmadığı bildirilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью