Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq. Son illər Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı hüquqi islahatlar fonu
Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı bu prosesin konseptual əsasını təşkil edir.
Fərmandan irəli gələn vəzifələrin icrası kontekstində Azərbaycan Respublikası Prokurorluğu öz struktur islahatları, funksional çevikliyi və institusional əməkdaşlıq imkanları ilə hüquq sisteminin əsas dayaqlarından biri kimi çıxış edir.
Vətəndaşların müraciət imkanlarının artması və informasiya əlçatanlığının təmin olunması, kadr islahatları, gənc və ixtisaslı hüquqşünasların sistemə cəlb olunması, peşəkar hazırlığın gücləndirilməsi, ictimaiyyətlə əlaqələr, prokurorluğun fəaliyyətinə ictimai etimadın artması, şəffaflığın gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, Avropa Şurası və digər beynəlxalq qurumlarla əlaqələrin genişlənməsi sahəsində konkret nəticələr vermişdir.Fərmandan irəli gələn tələblərə uyğun olaraq, Baş Prokurorluq tərəfindən cinayət mühakimə icraatında dövlət ittihamının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə "Elektron Dövlət İttihamı" proqramı hazırlanmış və 2019-cu ilin sentyabr ayından icrasına başlanmışdır.
Bu proqram vasitəsilə cinayət işlərinin məhkəmələrdə baxılması prosesinin elektronlaşdırılması təmin edilmişdir.
Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Baş Prokurorluq tərəfindən bir sıra institusional və kadr islahatları aparılmışdır.
Məhkəmələrdə dövlət ittihamının müdafiəsinin daha səmərəli həyata keçirilməsi və vahid təcrübənin formalaşdırılması məqsədilə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin strukturu yenidən təşkil edilmiş, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan regional şöbələri təsis olunmuşdur.
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində strukturun daxili idarəetmə modeli optimallaşdırılmış, vətəndaş məmnunluğuna yönəlik elektron sistemlər, ictimai əlaqələr və müasir informasiya vasitələrindən istifadə gücləndirilmişdir.