Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı dələduzluq ittihamı irəli sürülüb

03.12.2024

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bu barədə onun vəkili Bəhruz Bayramov APA-ya açıqlamasında bildirib.

Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью