Hüquq müdafiəçisinə 31 il həbs cəzası verildi

31.07.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehranın Evin həbsxanasında saxlanılan uşaq hüquqları müdafiəçisi və ictimai fəal Afşin Heyrətian 31 il azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bununla yanaşı o, cərimə cəzasına da məhkum edilib.

Tehran İnqilab Məhkəməsi onu “qanunsuz təşkilat yaratmaq”, “islama qarşı təbliğat” və “toplaşmaq və əlbir olmaq”da günahlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью