“Hüquq sahəsində dərin elmi tədqiqatlara ehtiyac var” Nazir

16.12.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu gün Azərbaycanda digər sahələrdə olduğu kimi, hüquq sahəsində də dərin elmi-tədqiqatlara, sahəvi elmi-tədqiqatlara çox böyük ehtiyac vardır”.
Bizim.Media xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov ADA Universitetində hüquqşünaslıq üzrə magistratura proqramının (LL.M) açılış tədbirində çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda hüquq peşəsi məslək kimi kifayət qədər inkişaf edib:
"Xüsusən, Əsrin müqaviləsindən sonra neft sənayesi ilə əlaqədar olan xidmətlərlə bağlı hüquq peşəsinə ciddi təkan verib. Bizdə məslək olaraq hüquqşünaslığı mənimsəmiş xeyli sayda peşəkar hüquqşünaslar var. Hüquq sahəsinin inkişafında atacağınız bir sıra addımlar var ki, hesab edirəm ki, magistr proqramı bu addımların əsasını qoymuş olur".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью