Hüquq sisteminin bu məsələdə mövqeyi çox sərt olmalıdır Sosioloq | Icma.az
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verilib.
Bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb.Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlmasında deyib ki, cəmiyyətdə narkotik vasitələrin yayılmasının qarşısını almaq, bu dəhşətli və təhlükəli hallarla mübarizə aparmaq birbaşa hüquq-mühafizə orqanlarının vəzifəsidir:“Belə hallara qarşı sərt və şiddətli cəzalar tətbiq olunmalı, narkotik satan və yayan şəxslərlə amansız mübarizə aparılmalıdır.
Çünki bu cür şəxslər cəmiyyət üçün ciddi təhlükə yaradır, xüsusilə də gəncləri və uşaqları uçuruma aparırlar.
Hüquq sisteminin bu məsələdə mövqeyi çox sərt olmalıdır ki, heç kim belə hallara cəsarət etməsin, insanlara belə maddələri təklif etməyə ürək etməsin.
Əsas suallardan biri isə odur ki, görəsən, hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəaliyyəti yetərincə effektivdirmi?
Şübhəsiz ki, bu qurumların mübarizə üçün resursları və imkanları mövcuddur, lakin bu fəaliyyət daha güclü və daha sistemli şəkildə həyata keçirilməlidir”.Sosioloq qeyd edib ki, eyni zamanda, cəmiyyətin digər üzvləri də məsuliyyət daşıyır:“Təbliğat və maarifləndirmə işi gücləndirilməlidir.
Xüsusilə valideynlər övladlarına daha ciddi nəzarət etməli, onların kimlərlə dostluq etdiklərinə, harada və necə vaxt keçirdiklərinə diqqət yetirməlidirlər.
Tam oxu
Xəbəri oxu