“Hüquqi zəka” layihəsinin Hacıqabul mərhələsi yekunlaşıb FOTOLAR

26.01.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən  “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş "Hüquqi zəka" layihəsinin Hacıqabul mərhələsinə yekun vurulub. 

"Cebheinfo.az" xəbər verir ki, layihənin final oyununda 2 tur olmaqla komandalara 36 sual səsləndirilib və yarışma  “Nə Harada Nə Zaman” formatında keçirilib. 

Yekun nəticələrə əsasən Hacıqabul rayon 2 saylı tam orta məktəbin komandası- I Yer, Hacıqabul 1 saylı tam orta məktəbin komandası- II Yer, Hacıqabul Navahı qəsəbə 2 saylı məktəbin komandası III yerdə qərarlaşıb. Qalib komandaların üzvlərinə diplom, medal və kubok təqdim edilib.

Qeyd edək ki, layihənin Şirvan mərhələsi fevral ayının 5 və 6-sı tarixlərində keçiriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью