Hüquqşünas olan Hökümə stüardessa olmağı bu səbəbdən seçmişdi VİDEO

27.12.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən baş verən faciə bir daha o çətin anda belə neçə insana ümid olan qəhrəmanlarımızı tanıtdı.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, səmada, əslində əlin heç nəyə çatmadığı fəzada Hökümənin hər şey haqqında danışması, hər şeyin yaxşı olacağını deməklə uçan ümidlərə qanad verməsi yaddaşlardan heç vaxt silinməyəcək.

O indi hər kəsin yaddaşına səsi ilə həkk olunub... Səsi ilə bir çoxlarının yenidən doğulmasına kömək olub... Özü isə elə o son sözlərlə əbədiyyətə yola düşüb...

Bu dəfə təyyarənin enişindəki alqışlar salamat qalanların əbədiyyətə gedənlər üçün duaları idi...

"Balam hər zaman deyirdi ki, istəyirəm mənimlə fəxr edəsiniz", - Hökümənin anası Kəmalə Alıyeva danışır.

Daha ətraflı videomaterialı təqdim edirik.    
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью