Hüquqşünas olmaq istəyirəm 300 bal toplayan XƏDİCƏ

17.04.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır.

300 bal toplayanlardan biri Ağsu rayonu, İlxıçı kənd orta məktəbinin şagirdi Rəhimova Xədicə Toğrul qızıdır.

Məktəbli Modern.az-a açıqlamasında bildirib ki, III ixtisas qrupu üzrə hazırlaşır:

“Hüquqşünaslıq ixtisasına qəbul olmağı istəyirəm. Uğurumun sirrini davamlı və hərtərəfli çalışmaqda görürəm, səhvlərdən dərs çıxarıb bilikləri möhkəmləndirmək lazımdır deyə düşünürəm, yanlışlara köklənib mənfi düşünmək yaxşı deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью