Hüquqşünas: Xocalıda soyqrımına hələ də beynəlxalq qiymət verilməyib | Icma.az
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Xocalı soyqırımı bizim tariximiz, xalqımız üçün olduqca ağır faciələrdən biri, müharibə dövründə baş vermiş qətliamdır.
Bəzən insanlar düşünür ki, Xocalı niyə müharibə cinayəti deyil, soyqırımdır? Xocalı müharibə zamanı baş vermiş soyqırımdır.
Xocalıda baş verən cinayət hadisəsini araşdıran zaman məlum olur ki, insanların öldürülməsi üçün əvvəlcədən planlaşdırılmış yerlər, puskular olub.
Cinayət məqsədli şəkildə dövlət siyasəti formasında həyata keçirilib".Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib.O bildirib ki, hadisənin üzərindən 33 il keçməsinə baxmayaraq, soyqrıma hələ də beynəlxalq səviyyədə qiymət verilməyib:"Təbliğat aparılır, dünyanın bir çox ölkələrində tədbirlər təşkil olunur.
Ancaq dünya bunu görmək istəmir. İnsan hüquqlarından danışan beynəlxalq aləm bu gün Xocalıda baş verən hadisələri görmək istəmir".
Onun sözlərinə görə, dünyanın bəzi yerlərində bu cür soyqırımlar baş verib:"Həmin yerlərdə cinayətlərin araşdırılması və mühakimə üçün qarışıq və beynəlminəlləşdirilmiş tribunallar yaradıldı.
Təəssüf ki, Xocalı tribunalı yaradılmadı. Hadisələrə uyğun tribunal yaradılması vacib idi.
Tam oxu
Xəbəri oxu