Hüquqşünasdan Kapital Bank”la bağlı açıqlama: Artıq məhkəmə sistemi də bu bankı bərbad sayaraq qəbzini qəbul etmir

05.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

""Kapital Bank” vasitəsilə hüquqi şəxs Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün təxmini 600 manat dövlət rüsumu ödəyib, amma Elektron Məhkəmə Sistemi bu ödəniş qəbzinin nömrəsini qəbul etmir".

Mia.az xəbər verir ki, bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib. 

Hüquqşünasın sözlərinə görə, artıq məhkəmə sistemi də bu bankı bərbad sayaraq qəbzini qəbul etmir: "Hüquqi şəxsin mühasibi bu gün “Kapital Bank”a getdi ki, kömək etsinlər, amma təbii, heç bir kömək etmədilər. Hüquqi şəxs məcbur oldu ki, başqa yolla bir də rüsumu ödəsin. İndi də narahatdır ki, görən “Kapital Bank”dan pulumu necə geri alım…".

Samir Musayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью