Icma.az, Ses qazeti saytına istinadən bildirir.
“12 Noyabr-Konstitusiya Günü” münasibətilə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Hüququmuzun təməli” mövzusunda gənclərlə görüş keçirilib.
Astara Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri, Mərkəzin direktoru və baş fond mühafizi, Astara şəhəri Ceyhun Babayev adına 3 saylı liseyin şagirdləri, Əzizağa Əliyev adına Qapıçı-məhəllə kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi və şagirdləri çıxış ediblər.
Çıxışlar zamanı bildirilib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunub, 1995-ci il 27 noyabrında qüvvəyə minib. Konstitusiya yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ictimai-siyasi, hüquqi quruluşunu, gələcək inkişaf istiqamətini müəyyənləşdirib. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan zəfər, lokal xarakterli antiterror tədbirləri nəticəsində möhtəşəm qələbəmiz sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə şərait yaradıb.
Tədbirdə “12 Noyabr Konstitusiya günüdür” mövzusunda video-çarx göstərilib, sonda Heydər Əliyev Mərkəzinin “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış olub.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbin müəllimi