“Hürrem Sultan“ Bakıya heyran qaldı: “Heç vaxt unutmayacağam“ VİDEO

05.11.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli aktrisa Meryem Uzerli baş rollardan birini canlandırdığı "İmrozda Bahar" filminin premyerasında iştirak etmək üçün ilk dəfə Azərbaycana gəlib.

Moderator.az Baku TV-yə istinadla xəbər verir ki, aktrisa Bakıda qarşılaşdığı isti münasibət və qonaqpərvərlikdən məmnun qaldığını bildirib.

O, şəhərin və burada gördüyü diqqətin onda xoş təəssürat yaratdığını, bunu heç vaxt unutmayacağını vurğulayıb.

Yeni filmindən də danışan Meryem Uzerli layihənin fərqli hekayəyə və dinamikaya malik olduğunu söyləyib. Onun sözlərinə görə, yaradıcı heyət daha sakit, sənət yönümlü film ərsəyə gətirməyi qarşısına məqsəd qoyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью