Hürriyet: “Ərdoğan İran problemini tənzimləyə bilər”

27.01.2026

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Türkiyənin hakimiyyətyönlü “Hürriyet” qəzetində dərc olunan materialda belə deyilir.
“İran Türkiyənin ən etibarlı qonşusudur, orada sabitlikyə Türkiyənin sabitliyi kimi baxılır. İranla bağlı siyasi həll hələ də mümkündür. İranı düşdüyü tələdən yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxara bilər. Türkiyə və Səudiyyə Ərəbistanı bunu təmin edə bilər”, - nəşrin köşə yazarı Əbdülqadir Selvi vurğulayır.
O, həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-ni Venesuela təcrübəsini İranda təkrarlamamağa çağıran bəyanatlarını da xatırladıb.
- Amerikalı dostlarımıza İranı başqa bir Venesuelaya çevirməməyi məsləhət görürəm. İran danışıqlara hazırdır, lakin onlar özlərinin küncə sıxışdırılacaqlarını hiss etsələr, ən pis ssenariyə hazırlaşacaqlar”, - Hakan Fidan daha əvvəl xəbərdarlıq etmişdi.
Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın sözçüsü Ömər Çelik isə bildirib ki, Ankara İranın daxili işlərinə istənilən kənar müdaxiləyə qarşıdır, çünki bu, son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər.
Xatırladaq ki, bu arada ABŞ prezidenti Donald Tramp “Axios” portalına müsahibəsində İran ətrafında vəziyyətin dəyişkən qaldığını, lakin Tehranın həqiqətən də razılığa gəlməkdə maraqlı olduğunu deyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью