Hüseyn Abdullayevin bir cümləlik son sözü…

27.02.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq deputat Hüseyn Abdullayevi 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Gununsesi.info-nun xəbərinə görə, məhkəmə Hüseyn Abdullayevə son sözünü deməsi üçün şərait yaratsa da, o, bundan imtina edib.

Belə ki, sabiq deputat “Deyəcəyim bir şey yoxdur, sadəcə, ədalətli qərar çıxardın” deyə son sözünü bir cümlə ilə ifadə edib.

Xatırladaq ki, sabiq deputat bundan əvvəl 6 il müddətində azadlıqdan məhrum edilib, ancaq cəzasının bitməsinə bir ay qalmış yeni ittihamlarla üzləşib.

O, indiki ittihamları rədd edib, günahsız olduğunu bildirib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью