Hüseyn Ariflə Həmid Abbasın büstlərinin açılış mərasimi keçirilib

30.12.2024

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağstafa şəhəri, Heydər Əliyev prospektində Xalq şairi Hüseyn Arif və Əməkdar İncəsənət xadimi Həmid Abbasın büstlərinin təmir-bərpası və ətrafda həyata keçirilən abadlıq-quruculuq işlərindən sonra ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət, o cümlədən mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Büstlər önünə gül dəstələri düzülüb, şairlərin xatirəsi ehtiramla yad edilib.

Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərilən xüsusi dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə olunub.
Məktəblilərin təqdimatında Hüseyn Arif və Həmid Abbas yaradıcılığına həsr olunmuş bədii kompozisiya rəğbətlə qarşılanıb.

II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov “İnanıram” monotamaşasının premyerası keçirildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью