Hüseyn Bağırov müvəqqəti rəis təyin EDİLDİ

07.04.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub.

Milli.Az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.

Xatırladaq ki, bundan əvvəl sözügedən baş idarənin rəisi vəzifəsində Mirzə Mirzəyev çalışıb. O, bu ilin fevralında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub./İqtisadiyyat.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью