Hüseyn əl Şeyx Mehriban Əliyevanı təbrik etdi

11.06.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Azərbaycanın Fələstin məsələsinə göstərdiyi prinsipial dəstəyə, həmçinin ölkələrimiz arasında qarşılıqlı hörmət, həmrəylik və əməkdaşlıq əsasında formalaşmış davamlı dostluq münasibətlərinə görə dərin minnətdarlığımı bildirirəm.

Qarşılıqlı maraqlarımıza və dost xalqlarımızın rifahına xidmət etmək məqsədilə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsinə, həmçinin bütün sahələr üzrə əməkdaşlığın və əlaqələndirmənin genişləndirilməsinə sadiqliyimizi bir daha təsdiq edirik.

Zati-aliləri, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq arzulayır, Sizə ən yüksək ehtiramımı bildirirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью