Hüseyn Həsənov danışdı: Vəkillərim məsələni araşdırır FOTO

14.05.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Məşhur videobloger Hüseyn Həsənov barəsində çıxan xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, instaqram hesabında paylaşım edən bloger vergi borclarının olmadığını deyib.

“Bu gün mənim doğum günümdür. Diqqətinizə, narahatlığınıza və xoş sözlərinizə görə təşəkkür edirəm. Xəbərləri gördüm. Bəli, “qiyabi həbs” sərt səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Vergi ilə bağlı bütün məsələlər hələ ötən il bağlanıb. Vəkillərim vəziyyəti araşdırırlar. Hər şeyi aydınlaşdırıb nöqtəni qoyacağıq. Yanımda olduğunuz üçün minnətdaram”, – deyə paylaşımda qeyd edilir.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью