Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Cənub İnzibati Rayon Prokurorluğu azərbaycamlı bloqer Hüseyn Həsənova qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun “Telegram” kanalında məlumat verilib.
Həsənov Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi ilə cinayət törətməklə əldə edilmiş pulların yuyulması maddəsi üzrə ittiham olunub.
Cinayət işi hazırda axtarışda olan təqsirləndirilən şəxsin iştirakı olmadan standart cinayət proseduru çərçivəsində baxılması üçün Presnenski Rayon Məhkəməsinə göndərilib.
Həsənov haqqında qiyabi həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl istintaq müəyyən etmişdi ki, fərdi sahibkar kimi Həsənov əsl gəlirini gizlədib və Rusiya büdcəsinə 170 milyon rubldan çox vergi ödəməyib.
Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Rusiya Federal Vergi Xidməti Həsənovun 2023-cü ildə suşi istehsalı üçün təsis edilmiş sonuncu şirkəti olan “Banda Foods”u ləğv edib. Şirkət mənfəət əldə edə bilməyib və borcu təxminən 800 000 rubl təşkil edib.