Hüseyn Hüseynov: Sofiya və Bakı arasında birbaşa aviareysin bu il bərpasına ümid edirik

25.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Sofiya-Bakı arasında birbaşa aviareysin bu il bərpasına ümid edir.

"Report" xəbər verir ki, bu barədə o, yerli NOVA TV-yə müsahibəsində danışıb.

Diplomat bildirib ki, Azərbaycan təkcə region üçün deyil, bir çox səbəblərə görə dünyada məşhur turizm məkanıdır:

"Bizdə 11 iqlim qurşağından doqquzu var, ona görə də sahəsi 88,6 min kvadratkilometr olan ölkədə qarlı dağlar, Xəzər dənizi, subtropik ərazilər, çoxlu sayda təbii gözəllik var. Azərbaycanda çox sayda dini məbəd, kilsələr, məscidlər və sinaqoqlar var, bu da ölkəmizin multikultural və tolerant olduğunu göstərir.

Yaz və yay ayları üçün Sofiya və Bakı arasında birbaşa aviareysin bərpa olunmasına ümid edirik. Bu, turistlərə ölkəmizi ziyarət etmək və Azərbaycan qonaqpərvərliyindən həzz almaq üçün gözəl bir fürsət yaradacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью