Hüseyn Musayev elm fədaisi idi...

01.05.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Hüseyn Mustafa oğlu Musayev 1947-ci ilin mayın 1-də Borçalı mahalının Saraçlı kəndində doğulub. Orta təhsilini 1954-1965-ci illərdə kənd orta məktəbində alıb.

O, Saraçlı kənd orta məktəbini qızıl medalla bitirmiş ilk və yeganə məzun olub.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1970-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb.

Elmi fəaliyyətinə 1972-ci ilin sentyabr ayından Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi kimi başlayıb, 1982-ci ildən isə paralel olaraq həm də Azərbaycan Dövlət Neft Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

1985-ci ildə "Çoxfazalı süzülmə məsələlərinin dəyişən şəbəkələrdə ədədi həlli" mövzusunda dissertasiya müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.

Uzun müddət Azərbaycan EA Kibernetika İnstitutunda "Ədədi modelləşdirmənin üsul və alqoritmləri" bölməsinə rəhbərlik edib, 40-a qədər elmi əsərin müəllifidir.

Hüseyn Mustafa oğlu Musayev uzun sürən ağır xəstəlikdən sonra 29.01.2000-ci ildə Bakı şəhərində vəfat edib.

Ruhu şad, məkanı cənnət olsun. Amin!

Allah rəhmət eləsin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью