Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur klarnet ifaçısı Hüseyin Məhəmmədoğlu Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı tənqid hədəfi olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsini parodiya edib.
Öllkə.Az xəbər verir ki, sənətçi, icra məmurunun meyvələri maşına yüklətdiyi anları səhnələşdirib.
Videonun sonunda isə ifaçının satıcının əlindən aldığı alma ilə öznə evdə meyvə şirəsi hazırlaması öz əksini tapıb.
“Rəhmətlik atam mənə hər zaman deyərdi ki, çalış, zalımın zalımı ol, fağırın zalımı yox. Allah göydən baxır”, - deyə o söyləyib.
O, həmçinin videonun şərh hissəsində bir neçə ürək sözünü yazıb: “Bu həyatda hər şey - vəzifə də, şöhrət də, pul da, var-dövlət də müvəqqətidir.
“Həyatın sonu” deyilən ölüm var, peşəsindən asılı olmayaraq onu hamı dadacaq. Allah əlacsız olanlara kömək olsun.
Amin!” Qeyd edək ki, reyd videoları ilə tənqidlərin hədəfinə çevrilən məmurun Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi Samir Bədəlov olduğu deyilir.