Icma.az bildirir, Modern.az portalına istinadən. Azərbaycan Xalq Partiyasında (AXP) rəhbərlik dəyişikliyi baş verib.
Partiyanın sabiq sədri Pənah Hüseyn sosial şəbəkə hesabında paylaşdığı rəsmi sənədlə bu dəyişikliyi təsdiqləyib.
Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrinə edilən dəyişikliklərə əsasən, AXP-nin yeni qanuni təmsilçisi Qiyas Sadıqov olub.
Qərar partiyanın 14 dekabr 2025-ci il tarixində keçirilmiş VII Qurultayında qəbul edilib və 22 dekabr 2025-ci ildə dövlət qeydiyyatına alınıb.
Bununla da Azərbaycan Xalq Partiyası üçün yeni siyasi mərhələ başlayıb.
Partiyanın idarəçiliyində və fəaliyyət istiqamətlərində yenilənmə gözləntiləri formalaşıb.
Siyasi dairələrdə bu dəyişiklik AXP-nin gələcək strategiyası, müxalifət daxilində mövqeyi və 2026-cı il siyasi proseslərində rolu baxımından diqqətlə izlənilir.
P.Hüseyn AXC hakimiyyəti dövründə baş nazir postunu tutub. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gediş