Hüseyn Rusiyada ittiham olunması barədə açıqlama verdi

29.01.2026

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bloqer Hüseyn Həsənov barəsində açılmış çirkli pulların yuyulması işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edib.

 OLAY yazır ki, o, sxemin cinayət xarakteri daşıdığını bilmədiyini iddia edir.

Bildirilir ki, Rusiya İstintaq Komitəsi istintaqı başa çatdıraraq işi ittiham aktının təsdiqi üçün prokurorluğa göndərib. Bu arada Hüseyn Həsənov və onun vəkili Mixail Yusupov cinayət təqibinin dayandırılmasını tələb ediblər. Onların sözlərinə görə, bloqer əməllərinin kriminal xarakter daşıdığını dərk etməyib, çünki qənaət edilən vəsaitlərin qanuni sahibkarlıq fəaliyyətindən əldə olunduğunu düşünüb.

Vəkil M.Yusupov qeyd edib:

“Göstərilən pul vəsaitlərinin xərclənməsi üzrə hərəkətlər qəsdin olmaması səbəbindən leqallaşdırma tərkibi yarada bilməz”.

BAZA isə istintaqın mövqeyini belə təqdim edir:

“Hüseyn Həsənov 2019–2021-ci illərdə 175 milyon rubldan çox məbləğdə vergi ödəməkdən yayınmaqda ittiham olunur. Həmin vəsaitin 68 milyon rublunu müxtəlif sxemlər vasitəsilə leqallaşdıraraq “Moskva-Siti”də mənzillər aldığı iddia edilir. Xüsusilə külli miqdarda vəsaitin yuyulmasına görə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, 2025-ci ildə irəli sürülən ittihamlardan sonra H.Həsənov qiyabi həbs edilib və Rusiyanı tərk etdiyi üçün beynəlxalq axtarışa verilib.

Moskvanın Cənub İnzibati Dairəsi Prokurorluğuna bloqer Hüseyn Həsənov barəsində açılmış cinayət işi ittiham aktının təsdiqi məsələsinə baxılması üçün daxil olub.

Qeyd olunur ki, H.Həsənovun işi üzrə ilkin istintaq başa çatdırılıb.

Bloqerə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsi (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) üzrə qiyabi ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib və axtarışa verilib.

İstintaqla müəyyən edilib ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Hüseyn Həsənov Rusiya Federasiyasının büdcəsinə ödənilməli olan 170 milyon rubldan (təxminən 3,7 milyon AZN) artıq vergini hesablamayıb və ödəməyib.

Moskva prokurorluğunun məlumatında həmçinin bildirilir ki, vergidən yayınma nəticəsində əldə edilən vəsaitlərə qanuni görüntü vermək məqsədilə H.Həsənov maliyyə əməliyyatları aparıb və 1-ci Krasnoqvardeyski keçidində yerləşən daşınmaz əmlakın 68 milyon rubldan (təxminən 1,5 milyon AZN) artıq məbləğə alqı-satqısı ilə bağlı müqavilə bağlayaraq həmin vəsaitləri leqallaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью