Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxıldı

13.10.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin sabiq şöbə müdiri Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, məhkəmə müraciəti təmin edib və onun cəzasının çəkilməmiş hissəsi şərti hesab edilib.

Məhkəmə Hüseyn Seyidovun çəkilməmiş 1 il 7 ay cəzasından vaxtından əvvəl azad olunması, həmçinin 2 il müddətinə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə növündə əlavə cəzadan tamamilə azad edilməsi barədə qərar qəbul edib.

O, cəza çəkdiyi müəssisədən azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq şöbə müdiri 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü dəyişdirərək cəzanı azaldıb.

Hüseyn Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülsə də, sonradan iki maddə üzrə cinayət təqibinə xitam verilib. Onun təqsiri yalnız Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə sübuta yetirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью