Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sənət adamlarına müraciət edib.
Axşam.az-ın məlumatına görə, musiqiçi sosial şəbəkədə video paylaşaraq xahiş edib ki, onu ad günlərinə dəvət etməsinlər:
"Hər il özünə ad günü edən sənət yoldaşlarım, müğənnilər, musiqiçilər, incəsənət xadimləri, sizdən xahiş edirəm ki, məni dəvət etməyin. Onsuz da gələn deyiləm. Çünki ora gətirib saldığım pulu hansısa ehtiyacı olan ailəyə yardım edərəm. Ancaq övladlarınızın toyu olarsa, dəvət edin, gələcəyəm. Ancaq hər il ad günü olmaz axı. Anlayışınız üçün təşəkkürümü bildirirəm. Ad günləriniz mübarək".