Hüseyndən yollardakı təmirə etiraz: İnsanlara əziyyət verirsiniz

20.09.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Bakının mərkəzi küçələrində (Ceyhun Hacıbəyli küçəsi) aparılan təmir işlərindən şikayətlənib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək yolun qazılmasına etirazını bildirib:

“Şəhərin mərkəzini yenə qazıblar, vəziyyət budur. Gül kimi yol idi, niyə qazmısınız? O qədər bərbad yollar var ki, buranı qazıb yaman günə qoyursunuz. Bu nə deməkdir axı, niyə belə edirsiniz? İnsanlara əziyyət verirsiniz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью