Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sloveniyalı həmkarı An
Axar.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.
“Sloveniyanın NATO-dakı daimi nümayəndəsi Zati-aliləri səfir Benedeyçiç ilə görüşməkdən və geniş mövzular üzrə fikir mübadiləsi aparmaqdan məmnun oldum”, – Hüseynzadə qeyd edib.
Onun sözlərinə görə, görüşdə “Sülh naminə Tərəfdaşlıq (SnT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi barədə səmərəli müzakirə” aparılıb.
“Həmçinin Sloveniya və Azərbaycan arasında ikitərəfli münasibətlər və cari regional hadisələr barədə faydalı söhbət etdik”, – Azərbaycanın alyansdakı nümayəndəliyin başçısı vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.