Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Yəməndəki "Ənsərullah" hərəkatının generalı və komandanı Abid Səvr regionda gərginliyi pik həddə çatdıracaq kəskin bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, general Taiz şəhərinin nəzarətə alınmasından sonra əsas hərbi hədəflərinin birbaşa Səudiyyə Ərəbistanı ərazisi olacağını rəsmən bəyan edib.
Bu təhdidlərin və artan təhlükəsizlik risklərinin fonunda ABŞ hərbi qüvvələrində diqqətçəkən yeridəyişmə müşahid olunub. Məlumata görə, Birləşmiş Ştatların Səudiyyə Ərəbistanındakı bir qrup hərbi kontingenti krallığın ərazisini tərk edib. Mütəxəssislər bu addımı Yaxın Şərqdə genişmiqyaslı hərbi toqquşma riskinin artması ilə əlaqələndirirlər. pizza sifarişi