Husi generalı: Hərbi əməliyyatlar davam etdiriləcək

24.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Yəmən husiləri Təl-Əvivdəki hərbi obyektə yeni raket hücumu həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yəmən mediası məlumat yayıb.

Husi ordusunun sözçüsü, briqada generalı Yahya Sariya verdiyi açıqlamada, hücumun “Fələstin 2” adlı hipersəs ballistik raketi ilə həyata keçirildiyini təsdiqləyib. O, əməliyyatın uğurlu keçdiyini bildirib.

Briqada generalı əlavə edib ki, İsrailin təcavüzü dayandırılana və blokada qaldırılana qədər Qəzzada yeni hərbi əməliyyatlar davam etdiriləcək. Husilər Fələstin xalqının maraqlarını axıra qədər müdafiə  edəcəklər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью