Husi üsyançıları Səudiyyə Ərəbistanına hücum etdi

13.08.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançıları Səudiyyə Ərəbistanının Cizan bölgəsində yerləşən Saudi Aramco neft emalı zavoduna iki dronla hücum etdiklərini açıqlayıblar.

Turkustan.az xəbər verir ki, husilərə bağlı SABA xəbər agentliyinə danışan hərbi mənbə hücumun Səudiyyə Ərəbistanının Səada və Həccah şəhərlərində Yəmənin hava məkanını pozmasına cavab olaraq həyata keçirildiyini bildirib.

Mənbə Husilərin Aramco obyektinə iki dronla zərbə endirdiyini iddia edib. O, qrupun “Yəmənin suverenliyinin pozulmasına və ya ölkəyə qarşı hər hansı hücuma cavab verməyə davam edəcəyini” bildirib.

Səudiyyə Ərəbistanı isə hələlik hücumla bağlı açıqlama verməyib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью