Husilər 153 hərbi əsiri birtərəfli qaydada azad etdi

25.01.2025

Icma.az, Manset saytına istinadən bildirir.

Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları 153 hərbi əsiri birtərəfli qaydada azad edib.

Manset.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bəyanatında bildirilib.

"Bu gün Sanada münaqişə ilə əlaqədar 153 məhbus azad edilib. Məhbuslar üzrə Milli Komitənin (husilərin nəzarətində olan dövlət orqanı) bu birtərəfli təşəbbüsü BQXK qrupunun dəstəyi ilə həyata keçirilib", - bəyanatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью