Husilər 4 şəhərə zərbə endirdi: 73 nəfər xəsarət aldı

09.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Yəmən üsyançıları - husilərin Səudiyyə Ərəbistanının cənubundakı dörd şəhərə hücumları nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 73 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilib ki, husilər raket və dronlardan istifadə edərək Xamis Muşayt aviabazasına və Abha, Nəcran və Cizandakı dövlət neft şirkəti “Saudi Aramko”nun obyektlərinə zərbələr endiriblər. Enerji obyektlərində yanğınlar baş verib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü Turki əl-Maliki açıqlamasında bildirib ki, koalisiya bu terrorçu qruplaşmanı cilovlamaq və onun düşmənçilik kursuna qətiyyətlə qarşı çıxmaq üçün bütün zəruri əməliyyat tədbirlərini görəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью