Husilər 700 dən çox döyüşçünü əsir götürdü

15.10.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Yəməndəki üsyançı husi qüvvələri (Ənsərullah) ölkənin cənub-qərbindəki Taiz əyalətində baş verən toqquşmalar zamanı ordunun 700-dən çox hərbçisini əsir götürüblər.

Axar.az xəbər verir ki, bu barədə Ənsarullah hərəkatının nümayəndəsi Əbdülqadir əl-Murtada deyib.

"Bu toqquşma zamanı silahlı qüvvələr Taiz cəbhəsində 700-dən çox insanı əsir götürə biliblər. Onların arasında komandirlər də var”, - deyə o bildirib.

Qeyd edək ki, 12 oktyabrda husilər Taiz əyalətində bir neçə rayon üzərində nəzarəti ələ keçirdiklərini və hökumət qüvvələrini qovduqlarını elan ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью