Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yəməndəki husi üsyançıları Ərəbistan dənizində ABŞ-ın esminesinə və təchizat gəmilərinə zərbələr endiriblər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.
Onun sözlərinə görə, hücum Ərəbistan dənizi və Ədən körfəzində 16 ballistik və qanadlı raket, eyni zamanda pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.
Belə ki, “Stena Impeccable” tankeri, “Maersk Saratoga” konteyner gəmisi və “Liberty Grace” yük daşıyan gəmisi atəşə tutulub.
O əlavə edib ki, husilər Qəzza zolağına qarşı hərəkətlər dayandırılana qədər ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarını davam etdirəcəklər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.