Husilər: ABŞ Hudeydə, Həccə və Səda şəhərlərinə hava zərbələri endirib

19.03.2025

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın ölkənin qərbindəki Hudeydə və Həccə şəhərlərinə və şimalındakı Səda şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Mesira televiziyası məlumat yayıb.

Məlumata görə, Səda şəhərinin Safra bölgəsinə 4 hava zərbəsi endirilib.

Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Səda şəhəri husilərin ən mühüm mərkəzlərindən biri kimi tanınır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью