Husilər ABŞ ın aviadaşıyıcı qrupuna zərbələr endiriblər

04.04.2025

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəmənin "Ənsar-Allah" hərəkatının husiləri ABŞ-nin Harri Truman təyyarədaşıyan gəmisinə zərbə endiriblər. 
Demokrat.az-ın
TASS-a istinadən xəbər verir ki, bu barədə Husilərin "Al Masirah" telekanalı məlumat yayıb.
“Amerikanın ölkəmizə qarşı təcavüzünə cavab olaraq, Yəmənin dəniz, raket və pilotsuz təyyarələri Qırmızı dənizdə düşmənin hərbi gəmilərinə bir neçə qanadlı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib”, - deyə Husilərin sözçüsü Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, bu, artıq 24 saat ərzində husilərin Amerika təyyarədaşıyan qrupuna ikinci hücumudur. O qeyd edib ki , Amerika gəmilərinə zərbələr bir neçə saat davam edib və Amerikanın iki bombardmançısının  Yəmənə endirilməsini dayandırmağa imkan verib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью