Husilər ABŞ ın F 18 təyyarəsini vurduqlarını iddia etdilər

01.05.2025

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Ənsar Allah (Husi) hərəkatının üsyançılarının Qırmızı dənizdə ABŞ-ın "Harri Truman" təyyarədaşıyan gəmisinə hücumu nəticəsində Amerikanın F-18 qırıcısı vurulub. SİA xəbər verir ki, bu barədə Husilərin nümayəndəsi Yəhya Sariaya istinadən "Al Masirah" telekanalı məlumat yayıb. "Harry Truman" təyyarədaşıyan gəmisinə qarşı əməliyyat nəticəsində F-18 qırıcısı vurulub və ölkəmizə qarşı hava hücumunun qarşısı alınıb", - Saria jurnalistlərə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью