Husilər ABŞ ın Yəməndə quru əməliyyatına hazırlaşdığını açıqlayıb

21.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ Yəməndə quru əməliyyatına hazırlaşır və belə bir addım vəziyyəti tamamilə sabitsizləşdirmək təhlükəsi daşıyır.”

APA xəbər verir ki, bunu Yəməndəki husilərə bağlı hökumətin xarici işlər naziri Camal Əmir deyib.

ABŞ-ın xüsusilə təmas zonaları və sahillərdəki hava hücumlarına diqqət çəkən Əmir, "Bu vəziyyət ABŞ-ın qurudan hərbi əməliyyata hazırlaşdığını və yandırılmış torpaq siyasəti yürütdüyünü göstərir",- deyib

Bundan başqa o, vəziyyətin nəzarətdən çıxmaması üçün BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanladıqlarını deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью