Husilər ABŞ nin 32 milyonluq PUA sını vurdu

14.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Yəməndəki husilər ölkənin şimalında ABŞ-yə məxsus pilotsuz təyyarəni vurduqlarını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, husi ordusunun sözçüsü Yəhya Seri verdiyi açıqlamada ABŞ-yə məxsus "MQ-9 Reaper" tipli PUA-nın ölkənin şimalındakı Hacı əyalətində vurulduğunu bildirib.

Seri qeyd edib ki, ABŞ pilotsuz təyyarəsi bölgəyə hücum zamanı husilərin hava müdafiəsinə aid yerli istehsal olan “qurudan-havaya raket” ilə vurulub.

Yəhya Seri Qəzzaya dəstək hücumlarında 19-cu PUA-nın vurulduğunu, 4 PUA-nın isə son iki həftədə hədəf alındığını bildirib.

Qeyd edək ki, hər bir "MQ-9 Reaper" pilotsuz aparatı təxminən 32 milyon dollar dəyərindədir. Yəməndə indiyədək ümumilikdə 18 belə dron vurulub.

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью