Husilər ABŞ PUA sını vurduqlarını iddia ediblər

01.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ənsar Allah” hərəkatının üzvləri Yəmənin hava məkanında ABŞ-ın “MQ-9 Reaper” pilotsuz uçuş aparatını vurublar.

APA xəbər verir ki, bunu husi birliklərinin nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalına açıqlaması zamanı deyib.

“Hava Hücumundan Müdafiə qüvvələrimiz Marib əyaləti üzərində ABŞ-ın kəşfiyyat missiyasını yerinə yetirən MQ-9 pilotsuz təyyarəsini vurub.”, - o bildirib.

Onun sözlərinə görə, PUA yerli istehsal olan raketlə vurulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью