Husilər ABŞ PUAsını məhv etdiyini iddia edir

28.12.2024

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Ənsar Allah” hərəkatının husiləri Yəmənin Əl-Beydə əyaləti üzərində səmada Amerikanın MQ-9 “Reaper” PUA-sını vurduğunu iddia edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmənin hava hücumundan müdafiə qüvvələri Əl-Beydə əyalətinin hava məkanında düşmənçilik missiyaları yerinə yetirən Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurmağa müvəffəq olub", - hərəkatın sözçüsü bildirib.
Sariyanın sözlərinə görə, üsyançılar Yaxın Şərqdə eskalasiya başlayandan bu tipli 13 Amerika pilotsuz təyyarəsini məhv ediblər. ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, hər cihazın qiyməti 30 milyon dollar qiymətləndirilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью