Husilər ABŞ PUAsını vurdular FOTO

28.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Yəmənin Ənsar Allah hərəkatının husiləri Yəmən səmasında Amerikanın "MQ-9" PUA-sını vurublar.

Publika.az xəbər verir ki, bu barədə husi silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya məlumat verib.

“Yəmən silahlı qüvvələrinin hava hücumundan müdafiə qüvvələri (husilər) Əl-Beyda əyaləti üzərində səmada düşmən tapşırıqlarını yerinə yetirərkən Amerikaya məxsus "MQ-9" pilotsuz təyyarəsini vurmağa nail olublar. PUA yerli istehsal olan yer-hava raketi ilə vurulub", - Sariya deyib.

Hüseyn İbadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью