Husilər ABŞın 30 milyonluq PUAsını məhv etdi

28.12.2024

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yəməndəki üsyançı husi qüvvələri Əl-Beyda vilayəti üzərində ABŞ-a məxsus MQ-9 Reaper PUA-sını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya deyib.

O bildirib ki, Yaxın Şərqdə eskalasiya başlayandan bəri husilər 13 belə PUA-nı məhv edib.

Qeyd edək ki, ABŞ Konqresinin müvafiq bölməsinin dəyərləndirməsinə görə, hər bir PUA-nın dəyəri 30 milyon dollardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью