Husilər ABŞın bir neçə gəmisinə hücum ediblər

10.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki destroyer gəmisinə hücum edib.

APA xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.

Üsyançılara məxsus “Al Masirah” telekanalında təqdim olunan açıqlamada bildirilir:

“Husilər keçirdikləri hərbi əməliyyat zamanı Cibuti limanından ayrılan ABŞ-nin üç təchizat gəmisinə hücum ediblər. Husilər bundan başqa Ədən körfəzində də təchizat gəmilərini müşayiət edən iki ABŞ destroyerinə hücum ediblər.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью