Husilər ABŞın pilotsuz təyyarəsini vurdu KONKRET

28.12.2024

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yəmənin Ənsar Allah hərəkatının husiləri öz səmasında ABŞ-ın MQ-9 pilotsuz təyyarəsini vurub.

KONKRET.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya məlumat verib.

“Yəmən silahlı qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Əl-Beyda əyaləti üzərində səmada Amerikaya məxsus MQ-9 pilotsuz təyyarəsini vurmağa nail olublar”, – o bildirib.

Onun sözlərinə görə, PUA yerli istehsal olan yer-hava raketi ilə vurulub.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью