Husilər ABŞın təyyarədaşıyan qrupuna HÜCUM ETDİ

22.12.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husi üsyançıları dekabrın 21-də ABŞ-ın "USS Harry S. Truman" aviadaşıyıcı qrupuna hücumlar həyata keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, "F/A-18" qırıcısı Amerika təyyarədaşıyan qrupunun atəşə tutulması zamanı vurulub.

Bir gün əvvəl Yəmən husiləri Təl-Əviv yaxınlığındakı hərbi obyektə hipersəs ballistik raketlə hücum ediblər. Qeyd olunur ki, raket Yaffa bölgəsinə düşüb. Fələstinin 2 raketi hədəfi dəqiq vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью