Husilər ABŞnin təyyarədaşıyan gəmisinə raketlərlə hücum etdilər | Icma.az
Oxu.az saytına istinadən Icma.az xəbər verir. Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançıları dekabrın 21-də Qırmızı dənizdə ABŞ-nin "USS
Truman" təyyarədaşıyan qrupuna raketlər və dronlardan istifadə edərək hücum ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Üsyançı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın sözlərinə görə, husilərin atəşi nəticəsində Amerikanın F/A-18 qırıcısı vurulub.
"Silahlı qüvvələr dünən gecə ölkəmizə qarşı aqressiv hücumla eyni vaxtda "USS Harry S.
Truman" təyyarədaşıyan gəmisinə və bir sıra (müşayiət edən) esminesə hücum edərək ABŞ və Böyük Britaniyanın ölkəmizə hücumunun qarşısını ala bildi", - Saria bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalına deyib.
Onun sözlərinə görə, üsyançılar təyyarədaşıyan qrupa səkkiz qanadlı raket və 17 pilotsuz uçuş aparatı (PUA) ilə hücum ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu